Bu hallar sizdə varsa, həkimə gedin - XƏRÇƏNGLƏ BAĞLI VİDEO


17:58     09 Fevral 2018 18_02_09_1518170510.jpg

Hər bir xəstəliyin müalicəsinin daha effektiv olması üçün erkən diaqnoz mütləqdir. Bu xərçəng xəstəliyinin bütün növlərinə də aiddir. Bədənin xəstəliklə mübarizəsini asanlaşdırmaq üçün xəsətliyin inkişafını izləmək vacib məsələlərdən biridir. Adətən bədənimiz xəstəliyin ilk siqnallarını bizə çox erkən göndərir. Yetər ki, bu siqnallardan məlumatlı olaq və sağlamlığımızın qeydinə qalaq. Bir çox insan göndərilən siqnallara diqqət etmədiyindən sonrakı dövrlərdə çox ciddi problemlərlə qarşılaşır.




Son dövrlər xərçəng xəstəliyinin sürətlə yayıldığını nəzərə alaraq, bu videoda xərçəng xəsətliyinin ilk əlamətlərini araşdırdım.

Maraqlı videoları izləmək üçün BURADAN YouTube kanalımıza abunə ola bilərsiniz.





1.PROSTAT XƏRÇƏNGİ VƏ TUALET

Tez-tez və sancılı sidiyə gedirsinizsə, sidiyinizdə qan varsa, bu prostat və ya sidik kisəsi xərçənginin ilk əlamətləri ola bilər. Sidikdə qan olmasının əsas səbəblərindən biri də böyrək xərçəngidir. Bundan başqa uzun müddət davam edən qəbzlik, izhal, bayıra getmədən sonra tam boşalmama hissinin yaranması, xüsusilə nəcisdə qan görünməsi qalın bağırsaq xərçənginin ilk əlamətləri ola bilər.

2.AĞIZ VƏ DİL YARALARI

Ağız yaraları xüsusilə siqaret çəkənlərin diqqət etməli olduğu bir haldır. Bunlar ağız xərçənginin ilk əlamətləri ola bilər. Dil və ağız boşluğunuzda həssas qabarmalar, çeynəmə və ya udqunmada, dil və çənə hərəkətlərində çətinliklər digər əlamətlərdir.

3.QƏFİL SÜRƏTLƏ ARIQLAMA

Qəfildən sürətlə çəki itirmə və ani iştahsızlıq xərçəng xəsətliyinin ən çox yayılmış əlamətlərindəndir. Bu mədəaltı vəzn, mədə, qırtlaq və ağ ciyər xərçənginin əsas əlamətləri hesab olunur.

4.HƏDDƏN ARTIQ YORĞUNLUQ

Əvvəllər baş verməyən, gün ərzində özünü həddən artıq yorğun hiss etmə, bundan irəli gələrək tez-tez mürgüləmə xərçəngin ciddi əlamətlərindən biridir.

5. QIZDIRMA

Qızdırma xərçəng xəstəliyində tez-tez rast gəlinən hallardan biridir. Soyuqdəymə və qripdən əziyyət çəkmirsinizsə və tez-tez qızdırmanız olursa, bu qan xərçənginin ilk əlaməti ola bilər. Odur ki, belə hallarla rastlaşmısınızsa, mütləq həkimə müraciət edin.

6.ÖSKÜRƏK VƏ XORULDAMA

Bir çox insan öskürüyün səbəbini infeksiyon xəstəliklərlə əlaqələndirir. Hətta bəziləri bunu toz, duman, kirli havay və allergiya ilə əlaqələndirib diqqət etmir.. Ancaq, bir neçə həftə davam edən aramsız öskürək ağ ciyər xərçənginin əlaməti ola bilər. Xüsusən də öskürəklə bərabər qan gəlirsə, Bu qan çox olmaya, bəlğəmin içərisində az miqdarda ola bilər. Amma əsas olan qanın miqdarı yox, qanın sərt öskürəklə müşaiyət olunmasıdır.

Xoruldama isə qırtlaq xərçənginin ilk əlamətlərindən biridir. Yatarkən nəfəs almaqda çətinlik çəkənlər bu problemi yaşamayanlardan 5 dəfə artıq qırtlaq xərçənginə yoluxma riski yaşayır.

7. DIRNAQLARDA DƏYİŞİKLİK

Dırnaqlardakı qəribə dəyişikliklər müxtəlif növ xərçəng xəstəliyinin əlaməti ola bilər. Dıraqlar arasında qara, qəhvəyi rəngdə xətt və ya nöqtəvarsa, həmçinin dırnaqlarınız ağ və ya solğundursa bu qara ciyər xərçənginin əlamətidir.

8 BELDƏKİ AĞRILAR

Bir çox xərçəng xəstəsi qara ciyər xərçənginin ilk əlamətlərindən biri olduğunu bildirir. Məmə xərçəngi də ara verməyən bel ağrıları ilə müşaiyyət olunur. Bu xərçəngli kütlənin belə ağırlıq salması ilə bağlıdır.

9 DƏRİDƏ QURULUQ

Yetkinlik yaşında dəri quruluğu halı ilə rastlaşmısınızsa, mütləq həkimə müraciət edin. Çünki, daxili orqanlardakı xərçəng dərinizdə öz əksini tapır.

10 SÜMÜK AĞRILARI

Sümük içərisində əmələ gələn xərçəng, daha sonra bədənin digər hissələrinə yayılır. Sümük xərçəngi xəstəliyinin əlamətləri xroniki sümük ağrıları, bel ağrısı, səbəbsiz çatlama və qırılmalar, tez-tez xəstələnmə və yorğunluqdur.

Femida.az


Açar sözlər: #Xərçəng   #Xəstəlik   #Həkim   #Video   #YouTube   #DayTube   #Xərçənginmüalicəsi  

Oxunub: 4785