Elman Mehdiyev qəbul keçirəcək


15:42     15 Sentyabr 2015 elman_mehdiyev_230715.jpg

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Lerikdə 5 rayonun sakinləri üçün qəbul keçirəcək.


Fonddan Femida.az-a verilən məlumata görə, qəbul sentyabrın 22-si, saat 11:00-da Lerik şəhərindəki Mədəniyyət Evində Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Lerik rayon şöbəsində (02527) 4-40-31
Lənkəran rayon şöbəsində (02525) 5-08-59
Astara rayon şöbəsində (02522) 5-13-35
Masallı rayon şöbəsində (02521) 5-46-35
Yardımlı rayon şöbəsində (02520) 6-12-33

Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Açar sözlər:

Oxunub: 974