Tələbə “bomj“u diri-diri yandırdı


15:56     15 Sentyabr 2015 alov1.jpg

18 yaşlı sərxoş tələbə "bomj"un üzərinə benzin tökərək yandırıb.


Femida.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Birobican şəhərində syaşayış binalarının birinin alaqapısında baş verib.

İlkin məlumata görə, tələbə həmyaşıdları ilə yaşayış binasının girişində spirtli içki qəbul edib. Bu zaman orada olan "bomj"u bir neçə dəfə küçəyə qovublar.

Bununla sakitləşməyən tələbə yaxınlıqda yanacaqdoldurma məntəqəsindən benzin alıb və evsiz şəxsin üzərinə tökərək onu yandırıb. O hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, cinayəti törədən tələbə saxlanıb, onun barəsində xüsusi qəddarlıqla qətl törətmə maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1040