İlham Əliyev pensiyaları artırdı

İlham Əliyev pensiyaları artırdı


22:33     09 Fevral 2018 ilham%20eliyev%20serencam4.jpg

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:

bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Femida.az

Açar sözlər: #Sərəncam   #Prezident   #Pensiya   #İlham   #liyev   #Maaş   #Artım   #Femida  

Oxunub: 2211