Gömrük Komitəsi büdcəyə nə qədər pul köçürüb?


22:56     09 Fevral 2018 manat_valyuta_005.jpg

2018-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 226 milyon 88,3 min manat təşkil edib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, 2017-ci ilin yanvar ayı ilə müqayisədə daxilolmalar 51 milyon 125,7 min manat və ya 29,96 faiz çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 milyon 470,6 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 milyon 018,9 min manat, aksizlər üzrə 6 milyon 780,7 min manat, yol vergisi üzrə isə 2 milyon 818,1 min manat təşkil edib.

Femida.az

Açar sözlər: #Gömrük   #Komitə   #manat  

Oxunub: 643