Xalası oğluna pay əvəzinə narkotik gətirdi - BAKIDA


23:05     09 Fevral 2018 qrammm%20narko.JPG

Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətdən Femida.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 206.4; 234.4.1; 234.4.2; 234.4.3; 315.2; 66.3; 67.1 və 234.1-ci maddələrinə əsasən 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şamilov Zöhrab Əhməd oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhər sakini Cəfərov İlqar Südgül oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən 1,032 qram narkotik maddə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Penitensiar   #Narkotik   #marixuana  

Oxunub: 1106