Beşayaqlı heyvan internetdə hamını heyrətləndirib
04:32 10 Fevral 2018
İngiltərənin Darem qraflığında fermaların birində beş ayağı olan quzu doğulub.
Femida.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Heyvanın sahibi onun sağ qalacağına inanmasa da, adını Hope (tərc. ümid) qoyub. Qüsurlu doğulmasına baxmayaraq, quzu artıq iki həftədir ki, yaşayır. Sahibi olan qadın onu özündə saxlamağa qərar verib.
Beşinci ayağı quzunun sağındadır. Pəncəsi digər ayaqları kimi sağlamdır və iki yerə ayrılır.
Adətən, fiziki qüsurlu doğulan heyvanlar çox yaşaya bilmir. Ancaq quzunu tibbi baxışdan keçirən baytar əmin edir ki, onun heç beşinci ayağının cərrahiyə yolu ilə kənarlaşdırılmasına belə ehtiyac yoxdur. Beşinci ayaq ona uzun və xoşbəxt həyat sürməyə mane olmayacaq.
Bundan əvvəl yanvar ayında İndoneziyada iki əli (ön ayağı) olmayan buzov doğulub. O, insan kimi iki ayağı üzərində gəzməklə hər kəsi heyrətləndirib.
Oxunub: 892
Oxşar xəbərlər
- Füzuli aeroportunda Prezidentlərin maraqlı zarafatı - VİDEO
- Slovakiyanın Baş naziri: "Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıyıq"
- "Gürcüstan regionda sülh və sabitliyin olmasında maraqlıdır" - Baş nazir
- Ərdoğandan nəvəsinin pişiyi ilə bağlı maraqlı paylaşım - FOTO
- İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
- Putin: “Heç kəs Dağlıq Qarabağdakı böhranın böyüməsində maraqlı deyil”
- Səfir: “Pakistan şirkətləri Azərbaycana investisiya qoymaqda maraqlıdır”
- 65 il, 65 müsahib, 65 dəqiqə... - AzTV-nin yaranması ilə bağlı maraqlı sənədli film
- "Qarabağdakı humanitar fəaliyyətə MDB ölkələrinin qoşulmasında maraqlıyıq" - Putin
- " Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi " - Hikmət Hacıyev