Maşının üstündə rəqs edən qız: "Əməlimdən peşman deyiləm"
13:45 10 Fevral 2018
Son günlər sosial şəbəkədə müzakirə obyektine çevrilən rəqqasə qıza Yol Polisi tərəfindən ciddi xəbərdarlıq olunub.
Femida.az xəbər verir ki, bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda avtomobilin üstündə rəqs edən Simona Amirova bu təhlükəli hərəkətini yenindən təkrarlıyıb. Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq oynayıb.
İlk video yayıldqıdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibini aşkar edərək inzibati qaydada cərimələyib. Amma görünür xəbərdarlıq kifayət etməyib. Görüntülərdən məlum olur ki, xanım bu rəqsi ilə digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. Simona avtomobil üzərində rəqs etməsindən zövq aldığını deyir.
Əməlindən peşman olmadığını bildirən gənc rəqqasə, bundan sonra avtomobilin üstündə rəqs etməyəcəyini deyir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov isə Avtosfer.az-a açıqlamasında bildirib ki, həmin xanım birinci fakta görə inzibati qaydada cərimələnib. Əgər o, bu rəqsini yenidən təkrar edibsə, deməli onun barəsində tətbiq edilən cərimədən və ictimayi qınaqdan nəticə çıxarmayıb. Vaqif Əsədovun sözlərinə görə, xanım rəqqasə yenidən idarəyə çağırılaraq ciddi xəbərdarlıq edilməklə cərimə olunacaq.
Femida.az
Oxunub: 2185
Oxşar xəbərlər
- Bayden və xanımı təhlükəsizliklə bağlı təcili başqa əraziyə təxliyə edilib
- Prezident və xanımı Zəngilana səfər ediblər
- Prezident və xanımına Zəngilan şəhərinin Baş planı təqdim olunub
- Prezident və birinci xanım Füzuliyə səfər ediblər
- ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
- Polad Həşimovun xanımına vəzifə verildi
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olublar
- Prezident və birinci xanım Ağdama səfər ediblər
- Putin Ərdoğan və xanımının tezliklə sağalmasını arzulayıb
- Berdiməhəmmədovun xanımının ilk FOTOSU