Əbülfəs Qarayev baş katiblə görüşdü


15:25     10 Fevral 2018 2018/02/turkss_1518247640.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovu qəbul edib.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, nazir TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib və bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.

TÜRKSOY-un Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini bildirən nazir əlavə edib ki, UNESCO və İSESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.

Görüş çərçivəsində, həmçinin Qara Qarayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi və ölkəmizdə mədəniyyət sahəsində gerçəkləşən yeni tədbirlər, layihələr və islahatlar müzakirə olunub.

Təşkilatın gələcəkdə həyata keçirəcəyi layihələr haqqında məlumat verən baş katib davamlı olaraq Azərbaycanla bağlı çoxsaylı tədbirlərin reallaşacağını diqqətə çatdırıb.

Femida.az

Açar sözlər: #Nazir   #TÜRKSOY   #Türkdilli   #Görüş  

Oxunub: 918