Şok etiraflar: Məkkədə zəvvar qadınlara sataşırlar - FOTOLAR


16:28     10 Fevral 2018 2018/02/zevvar_1518251631.jpg

Bunu yazmağa utanırdım. İndi də utanıram, çünki yazacaqlarım, sözlərim müsəlmanların dini hisslərinə toxuna bilər. Amma bunu kimsə deməlidir, etiraf etməlidir. Məkkəyə həcc ziyarətinə yollanmışdım və Kəbədə təfaf edirdim. Üçüncü dövrədə qəribə hadisə baş verdi.


Pakistanın Kəraçi şəhərinin sakini, 28 yaşlı Sabiqa Xan Facebook-dakı profilində belə yazıb.



"Allaha dua edəndə belimdə kiminsə əlini hiss etdim. Yanlış hiss olduğunu, yaxud da kiminsə təsadüfən toxunduğunu düşündüm. Lakin az sonra həmin əl belimdə gəzməyə və belimdən aşağı düşməyə başladı. Çox pis hiss edirdim özümü. Ətrafda təvaf edən zəvvarlardı. Kəbənin ətrafına 6-cı dövrəni vuranda hiss etdim ki, arxadan kimsə özünü mənə sıxır.

Təfafı bitirməyə az qalmışdı.Yəmən küncünə tərəf yönələndə hiss etdim ki, kimsə yambızlarımdan yapışmağa çalışır. O əli tutdum və kütlənin içində zorla, birtəhər arxaya döndüm. Əynində ihram, yəni zəvvar geyimi olan saqqallı, yekəqarın kişi idi.



Utandığımdan az qaldı yerə girim. Danışa bilmirdim. Çünki anlayırdım: bu biabırçılığı kimə danışsam, inanmayacaq. Anamdan savayı kimsə məni ciddiyə almayacaq. Ona görə Məkkədə otelə qayıdan kimi başıma gələnləri anama danışdım. O təəccübləndi, heyrətləndi, nə deyəcəyini bilmədi. O hadisədən sonra anam məni Kəbəyə buraxmadı. Bunu demək kədərlidir: amma Kəbədə belə, üç dəfə mənə sataşdılar, təcavüzə çalışdılar", - Sabiqa Xan yazıb.



Müsəlmanların ən müqəddəs məkanında, Məscid əl Həramda, Kəbədə zəvvar kişilərin, habelə yerli sakinlərin söz atmaları, sataşmaları, biədəb və əxlaqsız hərəkətlərindən şikayətlənən, sadəcə, pakistanlı Sabiqa deyil. Yüzlərlə müsəlman qadın belə rəzil olaylardan bəhs edir, biabırıçılıqlar barədə sosial şəbəkələrdəki profillərində yazırlar.



Onların bəziləri Məkkədə polisə, Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanlarına müraciət ediblər.

İsveçrədə yaşayan, əslən misirli olan həkim Əlaya Qad, nigeriyalı Xədicə də Məkkədə olarkən, Kəbə ətrafında təvaf edərkən zəvvar kişilər arasındakı tərbiyəsizlərin onlara sataşdıqlarını yazıblar.



Malayziyadan olan qadınsa yazıb: "Kəbədə mənə sataşan zəvvar kişi barədə Facebook-dakı qrupda məlumat paylaşdım. Məni söydülər, yalançı adlandırdılar, uydurma yazdığını dedilər. Lakin sonra gördüm ki, mən tək deyiləm".

Hindistandan olan qadın isə 14 yaşında valideynləri ilə həccə yollananda orta yaşlı kişinin ona qarşı əxlaqsızlıq etdiyini yazıb.

"16 yaşımda idi. Oteldən çıxdıq, Kəbəyə yollandıq. Yolda bizə iki kişi sataşdı. Söz atdılar, arxamızca gəlməyə başladılar. Tez otelə qayıtdıq", - başqa qadın yazıb.(Milli.az)

Femida.az

Açar sözlər: #Zəvvar   #Məkkə   #Mədinə  

Oxunub: 2822