İNANILMAZ: Antarktikada UNO bazası tapıldı - VİDEO


17:53     10 Fevral 2018 2018/02/893501_1518256452.jpg

HEAT (İstiləşmə) xəritəsi Antarktikada yerləşən "gizli hərbi bazanı"nın sirlərini açıb.


UNO araşdırmaçılarının iddiasına görə, Somali və Yəməndən aparılan gizli GPS izləmə əməliyyatı nəticəsində Amerikanın Antarktikada gizli bazası aşkarlanıb.

"Deylistar”ın yayımladığı məlumata əsasən, Antarktikanın buzlu əraziləri ilə yanaşı, Cənub Qütbündə də yeraltı hökumət bazası olduğu iddia edilir.

"Secureteam10” Yutub kanalının rəhbəri ufoloq Tayler Qlokner öz Feysbuk səhifəsində Antarktikada izolyasiya edilmiş ərazilərin göründüyü videonu yerləşdirib.

Ufoloq bildirib ki, videodan da göründüyü kimi, orada çoxmərtəbəli bina var:

"Göründüyü kimi, orada izləmə cihazları olan insanlar var. Güman edilir ki, o insanlar hər gün o binanın ətrafında gəzirlər".

Lakin bu görüntülərə "Quql Örç” (Google Earth) vasitəsi ilə baxdıqda dağlardan və qardan başqa heç nə görünmür. Lakin süni uçuş-eniş zolağı və düşərgə "bina”dan 7 mil məsafədədir. Bu da bizim xəritədə gördüklərimizin yerin altında olduğunu sübut edir”, – Qlokner deyib.

O bildirib ki, Antarktikada bir çox tanınmış düşərgə, bazalar və ya stansiyaların olduğu bilinsə də, orada daha çox sir saxlanılan şeylər var:

"Antarktikada gizli ABŞ-ın bir neçə məşhur hərbi bazası mövcuddur ki, burada "UNO-ların bərpası" gizli şəkildə saxlanılır və sınaqdan keçirilir”.

Qeyd edək ki, hətta bəzi məlumatlara əsasən, II Dünya müharibəsindən sonra nasistlər Antarktikaya qaçıb və UNO texnologiyasını inkişaf etdirməyə çalışdıqları bazaları qurublar. Və ondan sonra ABŞ onları ələ keçirib.




Femida.az

Açar sözlər: #ABŞ   #Antarktika   #UNO  

Oxunub: 955