7-ci sinif şagirdi ilə intim əlaqədə olan məktəbli həbs olundu
18:00 10 Fevral 2018
Bakıda şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
“Report”un əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Günahı sübuta yetiriləcəyi təqdirdə onu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda istintaq davam etdirilir.
Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Report”a açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.
Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Femida.az
Oxunub: 57065
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb