37 gəncə xüsusi rütbə verildi - Penitensiar xidmətdə (FOTO)
18:44 10 Fevral 2018
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun imzaladığı əmrə əsasən, Penitensiar xidmətin kadr korpusunun komplektləşdirilməsi məqsədilə gənc namizədlər orta rəis heyətində qulluğa qəbul edilib.
Xidmətə qəbul üçün müəyyən edilmiş və keçirilmiş müsabiqələrdə uğur qazanmış 37 nəfər gənc namizədə xüsusi rütbələr verilib və orta rəis heyətinə xidmətə qulluğa başlayıblar.
Gənc əməkdaşlarla görüşən Kadrlar idarəsinin rəisi, ədliyyə polkovniki Əflatun Məmmədov onlara ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovun xidmətə qəbul olunmaları münasibəti ilə təbriklərini çatdırıb, gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmağı tövsiyə edib.
Femida.az
Oxunub: 5298
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
- Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb