Çexiyadan Azərbaycan şirkətlərinə DƏVƏT
23:08 10 Fevral 2018
Çexiya Azərbaycan şirkətlərini neft-kimya, elektrotexnika və mexanika sənayesi sahələrinə investisiya qoymağa dəvət edir.
Femida.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Tomaş Güner deyib.
Nazir qeyd edib ki, Azərbaycanın təbii ehtiyatlarla zəngin olması xarici investorların, o cümlədən Çexiya şirkətlərinin böyük marağını cəlb edən səbəblərdəndir: "Onlar artıq Azərbaycana investisiya qoyurlar. 2005-ci ildən 2015-ci ilədək Çexiya bankları Azərbaycandan iki milyard dollar həcmində ixrac əməliyyatlarını dəstəkləyib. Hazırda Azərbaycanda Çexiya kapitalı ilə 19 şirkət fəaliyyət göstərir".
T.Günerin sözlərinə görə, digər tərəfdən Çexiya iqtisadiyyatına qoyulan Azərbaycan investisiyaları çox azdır və investisiyaların yalnız 2 faizə yaxınını təşkil edir. Bunlar əsasən, daşınmaz əmlak və hotellərə yönəlib.
Nazirin fikrincə, Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dəstəklənməsi üçün inkişaf etdirdiyi sahələr Çexiya şirkətlərinin iştirakı üçün yaxşı imkan ola bilər: "Bu sahələr arasında kənd təsərrüfatı, kimya və emal sənayesi, injinirinq, eləcə də xidmət sektoru yer alır. Çexiya şirkətləri həmçinin əczaçılıq, elektroinjinirinq, istehlak sənayesi və ətraf mühit sahələri üçün texnologiya tədarükçüsü ola bilər".
Nazir, həmçinin qeyd edib ki, iki ölkə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensial var: "Çexiya şirkətlərinin texnologiyaları su və külək enerjisi sahələrində, eləcə də energetika sənayesinin səmərəliliyinin artırılmasında istifadə oluna bilər".
Femida.az
Oxunub: 750
Oxşar xəbərlər
- Polşa, Sloveniya və Çexiya Ukraynaya dəstək planını açıqlayıb
- Çexiyada fövqəladə vəziyyət elan olunub
- Çexiya Ukraynaya humanitar yardım üçün 14 milyon dollar ayıracaq
- Çexiyada COVID-19-a yoluxanların sayında rekord
- Çexiyanın XİN başçısı İrəvana gedir
- Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir
- Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
- Çexiyanın keçmiş Baş Naziri İlham Əliyevə məktub ünvanlayıb
- Adış Məmmədov Çexiyaya səfir təyin olundu
- XİN: Çexiya Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir