Bədəndə xoşagəlməz qoxunun səbəbləri – Çimməklə getmir


01:50     11 Fevral 2018 2018/02/108207_1518285535.jpg

Bədəndən və dəridən gələn xoşagəlməz qoxu bəzən gigiyena qaydalarına əməl etməməkdən irəli gəlmir. Bədəndən gələn elə spesifik qoxular var ki, onlar ciddi pozulmaların və xəstəliklərin siqnalı ola bilər.


Bədəndən kəskin pis qoxunun gəlməsi xroniki infeksion xəstəliklər, hətta xərçəngin bəzi növlərinin simptomu hesab olunur.
Pensilvaniya Universitenin professoru Vilyam Henson deyir ki, xəstəliklər bədəndə kimyəvi dəyişikliklər yaradır və bu da dəridən çıxan tərin qoxunun dəyişməsi ilə özünü göstərir. Bir sözlə, elə xəstəliklər var ki, gəlməzdən öncə qoxusu gəlir.

Femida.az medicina.az-a istinadən bədəndən gələn qoxunun 5 tipini təqdim edir:
1.Bədənin aşağı hissəsi- sidik cinsiyyət orqanları nahiyəsindən qoxu kandidoz, göbələk infeksiyası, bakteriyalar, antibiotik qəbulu, şəkərli diabet zamanı kəskinləşir.
2.Ağızdan pis qoxu - kariyes, damaq xəstəlikləri, boğaz infeksiyası, ağciyər, bronx infeksiyası, mədə-bağırsaq xəstəlikləri siqnalıdır.
3.Sidikdən kəskin qoxu - sidik yolları və nöyrəklərin infeksiyası, diabet, hər hansı dərmana reaksiya, bir sıra virus və bakterial xəstəliklər səbəbindən yaranır. Çox hallarda xəstəliklə bağlı sidik ifrazında yanma, göynəmə, tünd rəngdə sidik əlamətləri də olur.
4.Başın dərisindən pis qoxu - piy vəzlərinin həddən artıq ifrazı, maya infeksiyalarının bir sıra növlərində qaşıntı və baş dərisinin qızarması ilə yanaşı gedir.
5.Qolaltında kəskin iy - Əgər vaxtında qolaltı yuyulub, antipersperant istifadə olunmasına baxmayaraq, kəskin qoxu davam edirsə, Bromidroz adlı xəstəlikdən şübhələnin.

Əgər yüksək gigiyenaya baxmayaraq, bədən, tər və sidiyin qoxusu kəskinləşibsə o zaman terapevt və uroloqa, sonra isə dermatoloqa müraciət edin.

Femida.az

Açar sözlər: #Bədən   #qoxu   #xəstəlik  

Oxunub: 4209