Ən təhlükəli asteroid Yerə yaxınlaşır


02:35     11 Fevral 2018 2018/02/asteroid_1518288021.jpg

Astronomlar beş gün əvvəl aşkar edilmiş asteroidin bu gün Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıblar.


“2018 CB” adlandırılan asteroid Yer kürəsinə planetimizlə Ay arasındakı məsafənin beşdəbiri qədər olan məsafədən keçəcək (69,700 kilometr).

40 metr böyüklüyündə olan asteroidin Yer kürəsinə təhlükə törətməyəcəyi bildirilib.

Asteroid planetimizə yerli vaxtla gecə saat 02:27-də ən yaxın məsafədə olacaq. (AzərTAc)

Femida.az

Açar sözlər: #Yür   #kürəsi   #Asteroid   #NASA  

Oxunub: 1262