“Qərb və Avropada heç bir dəyər qalmayıb“ - Novruz Məmmədov


18:45     15 Sentyabr 2015 trend_novruz-mammadov_270515_2.jpg

"Universal dəyərlərdən danışmaqdan yorulmayan Qərb və Avropada, deyəsən, heç bir dəyər qalmayıb".


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter”-dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, onlar bu prosesləri maraqları çərçivəsində istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar.

PA rəsmisinin sözlərinə görə, beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar: "Avropanın bir sıra dövlətləri hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur".

Açar sözlər:

Oxunub: 892