Boliviyada karnavalda partlayış - Ölənlər var


14:09     11 Fevral 2018 2018/02/624467_1518329061.jpg

Boliviyanın Oruro şəhərində keçirilən karnavalda partlayış olub.



Bu barədə ölkə prezidenti Evo Morales özünün "Twitter"dəki mikrobloqunda yazıb.

Məlumata görə, hadisə zamanı azı 6 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb. Ölənlərdən 4-ü uşaqlardır.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Yerli polisin məlumatına görə, partlayışa küçədəki çadırda yeməklə birlikdə qoyulan qaz balonu səbəb ola bilər.

Femida.az

Açar sözlər: #Boliviya   #karnaval   #partlayış  

Oxunub: 543