Tayvanda güclü zəlzələ: Ölənlər var


14:50     11 Fevral 2018 2018/02/zelzele_33_1518331884.jpg

Tayvanda baş vermiş güclü zəlzələ ilə əlaqədar davam edən 100 saatlıq axtarışlardan sonra dağıntılar altından Çindən olan iki turistin meyiti tapılıb.



Bu barədə adanın yerli yanğın xidmətinə istinadən "Sinxua" məlumat yayıb.

Beləliklə, güclü zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Tayvanın Hualyan qəzasında baş vermiş 6,5 maqnituda gücündə zəlzələ nəticəsində ümumi zərərçəkmişlərin sayı 280 nəfəri ötüb.

Femida.az

Açar sözlər: #Tayvan   #zəlzələ  

Oxunub: 543