Çernobıl AES-ə daxil olmaq istəyən azərbaycanlı tutuldu - FOTO


16:05     11 Fevral 2018 2018/02/maxresdefault_1518333996_1518336399.jpg

Ukraynada Çernobıl atom elektrik stansiyasının ərazisinə daxil olmağa cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.


Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin saytında dərc edilən məlumatda bildirilib.

“Jitomir Sərhəd Dəstəsinin hərbçiləri polis əməkdaşları ilə birgə Azərbaycandan gəlmiş ekstremal turisti saxlayıblar. 39 yaşlı Bakı sakini Çernobıl AES-in ərazisinə qanunsuz daxil olmağa cəhd edib”, - deyə məlumatda qeyd edilib.

İnsidentin təfərrüatları açıqlanmır. (APA)



Femida.az

Açar sözlər: #Bakı   #Çernobıl   #Ukrayna  

Oxunub: 1183