Afrində 23-cü gün - 1266 terrorçu məhv edilib


16:39     11 Fevral 2018 2018/01/afrin-turk-ordu_1516864032.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.


Femida.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatının 23-cü günündə terrorçuların 19 hədəfi məhv edilib.

Əməliyyatlarda indiyədək 1266 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Femida.az

Açar sözlər: #Afrin   #Türkiyə   #Suriya   #Terror   #YPG   #PKK  

Oxunub: 777