Zakir Həsənov andiçmə mərasimində – FOTO
19:17 11 Fevral 2018
Fevralın 11-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti N nömrəli hərbi hissədə təşkil olunan tədbirdə iştirak edib.
Şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə Müdafiə nazirinə məruzə olunduqdan sonra hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, şəxsi heyət Dövlət himnini ifa edib və tədbir açıq elan olunub.
Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul etdikdən sonra mərasimdə iştirak edən general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda yeni xidmətə başlayan şəxsi heyəti bu gün münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb.
Müdafiə naziri qeyd edib ki, bu andan etibarən onlar da Azərbaycan Ordusunun əsgərləridir və Vətənə, dövlətə, Ali Baş Komandana, hərbi anda sadiq olaraq bütün şəxsi heyət kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.
Digər çıxış edənlər də gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edərək onlara nizam-intizamlı olmağı, ərazi bütövlüyümüzün bərpa olunması naminə Vətənin müdafiəsində ayıq-sayıq olmalarını arzu ediblər.
Gənc əsgərlər təntənəli marşla tribuna önündən keçdikdən sonra qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olub, əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana kompleksinə, eləcə də digər inzibati və xidməti binalara baxıblar.
Mərasim bayram naharı və konsert proqramı ilə davam edib.
Femida.az
Oxunub: 1230
Oxşar xəbərlər
- Zakir Həsənov NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
- Zakir Həsənov Şuşa və Laçında bu tapşırıqları verdi
- Zakir Həsənov komandanları topladı - Müşavirə keçirildi
- Müdafiə naziri Türkiyəyə gedib
- Zakir Həsənov əmr verdi: Qarşısı alınsın!
- Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib
- "Ermənistan regional sabitliyə ciddi təhdiddir" - Zakir Həsənov
- Zakir Həsənov qadınları belə təbrik etdi - MƏTN
- Zakir Həsənov Putinlə görüşdü
- Zakir Həsənov Belarusa gedir