Rusiyada təyyarə qəzasında ölənlərin arasında Namiq də var


23:19     11 Fevral 2018 18_02_11_1518362465.jpg

Bu gün Rusiyada təyyarə qəzasında həyatını itirən sərnişinlərin siyahısı dərc edilib.

Femida.az -ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.

N. Qəhrəmanovun Azərbaycan vətəndaşı olduğu ehtimal edilir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.

Femida.az

Açar sözlər: #Rusiya   #Təyyarəqəzası   #Putin   #Siyahı  

Oxunub: 1323