Baş bankir əhaliyə müraciət etdi


16:04     12 Fevral 2018 elmar9.jpg

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov kriptovalyutalarla bağlı Azərbaycan əhalisinə müraciət edib.



Femida.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib ki, son hadisələr kriptovalyutaların olduqca volatilliyi olan alət olduğunu göstərib.

"Düşünürəm ki, bu volatillik davam edəcək. Azərbaycan əhalisini diqqətli olmağa çağırıram. Bu, çox riskli əməliyyatdır. Çünki, burada nə tənzimləmə rejimi var, nə də buna cavabdeh olan hər hansı bir təşkilat. Bu məsələ ilə bağlı olduqca diqqətli olmaq lazımdır", - deyə E.Rüstəmov vurğulayıb.

Femida.az

Açar sözlər: #Bank   #Dollar   #Pul   #Elmar   #Rüstəmov  

Oxunub: 2014