Zorlama olmayıb - Sədrdən etiraz


16:15     12 Fevral 2018 2018/02/sedr-femida_1518423850.jpg

Bəzi xəbər saytlarında dərc olunmuş “Bələdiyyə sədrinin adı zorlama ilə bağlı məhkəmə qalmaqalında?” və digər bu kimi ləkələyici məlumatları özündə əks etdirən yazılarda Buzovna bələdiyyəsinin sədri Əliyev Mətləb Firuz oğlunun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb.



Femida.az -a daxil olan məlumatda qeyd olunur ki, həmin xəbər Buzovna bələdiyyəsinin sədri M.F.Əliyev tərəfindən qəti şəkildə təkzib olunaraq bildirilir ki, onun tərəfindən hər hansı bir qadın cinsi zorakılığa məruz qalmamış və bunu təsdiq edən hər hansı istintaq və məhkəmə materialları mövcud deyildir.

Bununla belə sözügedən yazılarda əsassız olaraq M.F.Əliyevin zorlama cinayətini törətməsini təsdiq edən məhkəmə materiallarına istinad edilib.

M.F.Əliyev onun barəsində yayılmış məlumatların yalan və uydurma, eyni zamanda qərəzli olmasını bir daha nəzərə çatdıraraq, şərti ad altında gizlənərək onun barəsində bu cür ləkələyici məlumatları kütləvi informasiya vasitələrinə ötürən şəxslərin hərəkətlərini Buzovna bələdiyyəsindəki fəaliyyətinə təzyiq kimi qiymətləndirir.

M.F.Əliyevin barəsində həqiqətə uyğun olmayan məlumatların yayılmasının gələcəkdə təkararlanmaması üçün məlumatın dərcindən əvvəl Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanununa müvafiq olaraq onun düzgünlüyünün yoxlanılması kütləvi informasiya vasitələrindən xahiş olunur.


Mircəlal Məcidli
Femida.az



Açar sözlər: #Zorlama   #İntim   #Bələdiyyə   #sədr   #Femida.az   #Video  

Oxunub: 2767