" Münaqişə yalnız danışıqlar yolu ilə həll oluna bilər " - Baş nazir


18:57     12 Fevral 2018 2018/02/624795_1518433245.jpg

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.


Femida.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

Baş nazir qeyd edib ki, Dağlıq Qarabağdakı münaqişənin hərbi həll yolu yoxdur və yalnız siyasi nizamlama vasitəsilə həll olunmalıdır.

B.Borisov bildirib: "Bolqarıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, münaqişə yalnız danışıqlar yolu ilə və Avropa İttifaqının köməyi ilə ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin vasitəçiliyilə, eləcə də Azərbaycan və Ermənistan rəhbərlərinin aktiv dialoqu yolu ilə həll oluna bilər".

Femida.az

Açar sözlər: #Ermənistan   #Azərbaycan   #Bolqarıstan  

Oxunub: 600