`Qızıl Xaç` Kəlbəcər girovlarına baş çəkdi
21:28 12 Fevral 2018
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkiblər.
Bu barədə Femida.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Qurum rəsmisi bildirib ki, başçəkmə ötən həftə olub: "Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib".
Qurum nümayəndələri həmçinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə bu ay baş çəkiblər.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin fevral ayında isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Tərtər rayonu, Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilər tərəfindən saxlanılıb.
Qeyd edək ki, hazırda Azərbaycanda iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır.
Arsen Baqdasaryan artıq məhkəmə qarşısına çıxarılıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az
Oxunub: 726
Oxşar xəbərlər
- Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib
- Ceyhun Bayramov BQXK-nın vitse-prezidenti ilə görüşüb
- BQXK: "Azərbaycanda minlərlə insan hələ də yaxınları barədə məlumat gözləyir"
- BQXK-nın baş direktoru Lavrovla Qarabağı müzakirə edəcək
- Ombudsman nümayəndələri BQXK-nin təmsilçiləri ilə görüşüb
- BQXK nümayəndələri erməni diversantlarla görüşüb
- Ombudsman BQXK nümayəndəsi qarşısında minalarla bağlı məsələ qaldırıb
- Rövşən Rzayev BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
- BQXK əsirlərə baş çəkib
- Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi