Avstriyada qatarlar toqquşdu - Ölən və yaralananlar var


21:35     12 Fevral 2018 2018/02/624867_1518442665.jpg

Avstriyanın Ştiriya federal torpağında iki sərnişin qatarı toqquşub.


Femida.az xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub, 20-yə yaxın şəxs xəsarət alıb.

Qeyd olunur ki, qəza Niklasdorf yarmarka şəhərciyinin vağzalında qeydə alınıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər: #Avstriyan   #Ştiriya   #sərnişin   #qatar  

Oxunub: 512