Sərxoş gənc asma körpüyə çıxıb intihara cəhd etdi


21:44     12 Fevral 2018 intihar3.jpg

Bakıda, aeroport şossesində bir nəfər asma körpüyə çıxaraq intihara cəhd edib.


Femida.az xəbər verir ki, ərazidə olan polisin əməkdaşları həmin şəxsin intihar etməsinin qarşısını ala bilib.

O, saxlanılaraq polis idarəsinə aparılıb. Araşdırma zamanı intihar etmək istəyən şəxsin 1989-cu il təvəllüdlü Hafiz Salmanov olduğu müəyyən edilib.

H.Salmanovun intihar etmək istəyən zaman sərxoş vəziyyətdə olduğu məlum olub.

Femida.az

Açar sözlər: #İntihar   #Gənc   #Bakı  

Oxunub: 582