Vegetarianlıq uşaqlara faydalıdırmı?


03:42     13 Fevral 2018 18_02_12_1518446637.jpg

Dünyada heyvan mənşəli məhsullardan tamamilə və ya qismən imtina etmək getdikcə populyarlaşır. Vegetarianlıq özü-özlüyündə bir neçə növə bölünür- süd içən vegeterian və ya yumurta yeyən vegeterian. Həqiqi vegetarianlar, onları veqanlar da adlandırırlar, ümumiyyətlə heyvan mənşəli heç bir qida qəbul etməyib, balıq, yumurta, süd məhsulları və baldan da imtina edirlər.


Bir qayda olaraq, vegetarian həyat tərzi seçmiş valideynlərin övladlarının da rasionunda ət və ət məhsulları olmur. Lakin, son zamanlar vegetarian ailələrdə böyüyən uşaqların pis qidalanma səbəbilə xəstəxanaya yatırılma halları artıb. Məhz bu səbəbdən İtaliyada 16 yaşdan aşağı uşaqları bu pəhrizə məruz qoymağın cinayət hesab olunmasına dair qanun layihəsi irəli sürülüb, Amerikada isə vegetarianlıq səbəbilə uşaqlarını pis qidalanmaya məruz qoyan valideynlər cinayət məsuliyyətinə cəlb olunub.

Vegetarianlıq və ya veqanizm tərzində yaşayan ailələrində uşaqların kifayət qədər B12 vitamini qəbul etməməsi ilə nəticələnir. Elmi icmalçı, Anna Remişin sözlərinə əsasən, B12 (kobalamin) çatışmazlığı anemiyaya, nevroloji pozuntulara və hətta autizmə səbəb ola bilər. Bu həyati əhəmiyyətli vitamini yalnız heyvani mənşəli qidalardan və ya süni vitamin əlavələrindən almaq olar.

Norveçli alimlər tərəfindən həyata keçirilən tədqiqatlar nəticəsində məlum olub ki, bu cür vitaminin çatışmazlığından əziyyət çəkən uşaqlar gələcəkdə intellektin inkişafı ilə bağlı problem yaşaya bilər. Alimlər bu qənaətə son 5 ildə 320 nepallı uşaq üzərində apardıqları araşdırma nəticəsində gəliblər. Araşdırma çərçivəsində vegetarian pəhrizi ilə qidalanan uşaqlar hərfləri, həndəsi fiqurları daha pis qavrayır, tapmacaları daha gec həll edirdilər. Mütəxəssislərin sözlərinə əsasən, rasionundan ət, yumurta və süd məhsullarını tamamilə çıxarılmış vegetarian ailələrin uşaqları da risk zonasına düşür. Xüsusilə qız uşaqları cinsi yetişkənlik dövründə ikən orqanizmdə dəmir səviyyəsi aşağı düşür və bu çatışmazlığı bitki tərkibli qidalar hesabına aradan qaldırmaq mümkün olmur.

Britaniya Pəhriz Assosiasiyasının üzvü, uşaq dietoloqu Helen Uilkok, bildirib ki, vegetarian uşaq böyüdən valideynlər qidalanma barəsində kifayət qədər məlumatlı olmalıdırlar: “Vegetarain uşaqlarda D vitamini, kalsium, dəmir və B12 vitamini çatışmazlığ ola bilər. Odur ki, onlara ən azından vitamin formasında qida əlavələri vermək lazımdır”.

Femida.az

Açar sözlər: #vegeterian   #maraqlı  

Oxunub: 833


Oxşar xəbərlər