Baş Prokurorluqdan KİV-lərə Xəbərdarlıq
23:04 12 Fevral 2018
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat edir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-lərdə bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur.
Kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir.
Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmamışlar.
Göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəkdir.
Femida.az
Oxunub: 748
Oxşar xəbərlər
- Övladlarını diləndirən valideynlər
- Baş Prokurorluq AMEA-dakı qanun pozuntuları ilə bağlı cinayət işinə başlayıb
- Azərbaycanda MTN generalları həbs edildi - RƏSMİ
- Baş Prokurorluqda Kollegiya iclası keçirilib
- Kamran Əliyev Baş Prokurorluqda iclas keçirir
- Məktəbli qızların intiharı ilə bağlı cinayət işi başlandı
- Məhkəmə katibi rüşvət üstündə həbs olundu - RƏSMİ
- Prezident Baş Prokurorluğun yeni binasının açılışını edib - FOTOLAR
- Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
- Baş Prokurorluqda erməni cinayətləri ilə bağlı 62 cinayət işi başlanıb - 21 şəxs barəsində axtarış elan edilib