“Rusiya Amerikaya silah satmağı qadağa edə bilməz” - Lavrov


02:55     13 Fevral 2018 18_02_12_1518447430.jpg

“Rusiya Amerikanın Ukraynaya ölümcül silah satması barədə qərarın ləğvinə nail ola bilməz, lakin Moskva bu prosesi diqqətlə izləyəcək”.

Femida.az Segodnya.ua saytına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın silahlarla təchiz edilməsinə münasibətdə müvafiq qərarlar qəbul edəcək.

“ABŞ artıq öz toruna rusofob tendensiyaların müşayiət edildiyi ölkələri – Baltikyanı dövlətləri, Polşanı salmağa çalışır”, - deyə Lavrov bildirib.

Femida.az

Açar sözlər: #Lavrov   #Rusiya   #Ukrayna   #silah   #dünya   #siyasət  

Oxunub: 569