Saxta pulu necə FƏRQLƏNDİRMƏLİ?


02:30     13 Fevral 2018 18_02_12_1518451191.jpg


Heç kəs saxta pul ilə üzləşəcəyindən sığortalanmayıb. Ekspertlərin bildirdiyinə görə, saxta pulları orijinaldan ayırmaq olduqca çətindir.


Əhali tərəfindən müəyyən olunan mühafizə elementləri bunlardır:

“Üz tərəfdə yerləşdirilmiş mühafizə elementləri; su nişanı - nominalın işıqda görünən nominalı və dizaynı; nominalın gizli rəqəmi - rəngini dəyişən gizli element; işıqda görünən MANAT - işığa tutduqda görünən element; möcüzəli rəqəm - nominalın əsas fonuna müvafiq rəngini dəyişən nominalın rəqəmi; holoqrafik nominal (yalnız 10, 20, 50, 100) - manatlıq nominallarda əsas dizayn mövzusuna uyğun olan fərdi holoqramlar; arxa tərəfdə yerləşdirilmiş mühafizə elementləri; metal mühafizə sapı - nominalı göstərən metal mühafizə sapı; relyefli nominal - hissələrə ayrılmış rənglər; sehirli xətlər - nominalın əsas rənginə uyğun dəyişən zolaqlar”.

Hüquqi baxımdan saxta pulu əldə etmə, hazırlama və satma cinayət məsuliyyətinə səbəb olur:

Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə - əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya külli miqdarda törədildikdə - əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Femida.az

Açar sözlər: #saxta   #pul   #manat   #əskinaz  

Oxunub: 3351