Bakıda mənzillərin qiyməti qalxdı


01:45     13 Fevral 2018 18_02_12_1518454039.jpg


İlkin nəticələrə əsasən, yanvar ayında təkrar mənzil bazarında evlərin qiymətində 1.2-1.5 faiz nisbəti arasında bahalaşma müşahidə olunub.

Femida.az xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, qiymət artımı gözlənilən olmayıb: “Çünki adətən yanvar ayında qiymət ya düşür, ya da stabilləşir. Amma bazarda bu dəfə aktivliyin azalması müşahidə olunsa da, əksinə qiymətlər artdı”.

Ekspertin sözlərinə görə, qiymət artımı daha çox dəyəri 120 min manata qədər olan mənzillərdə müşahidə olunub.

R.Osmanlı əlavə edib ki, ilkin mənzil bazarında isə qiymətlər stabil qalıb.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında da Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınmışdı. Belə ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz təşkil etmişdi.

Femida.az

Açar sözlər: #Bakı   #mənzil   #əmlak   #qiymət   #bazar   #bahalaşma   #iqtisadiyyat  

Oxunub: 934