Əməkdar artist “ASAN xidmət”də könüllü oldu - FOTOLAR


13:59     13 Fevral 2018 18_02_13_1518501713.jpg

“Könüllü məşhurlar” layihəsinin növbəti qonağı əməkdar artist, tanınmış teleaparıcı, aktyor, “Bakılı Oğlanlar” şən və hazırcavablar klubunun üzvü Murad Dadaşov olub.


Femida.az-a daxil olan məlumata görə, Murad Dadaşov Sumqayıt “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində vətəndaşlara xidmət göstərib, sorğu götürüb, Yaşıl ASAN, ASAN məktub, Əsgərə Məktub layihələrinə dəstək olub.













Açar sözlər: #AsanXidmət   #Murad   #Dadaşov   #Sumqayıt   #Könüllü  

Oxunub: 3210