Mikayıl Cabbarov Fazil Məmmədovun işdən çıxartdığı direktora vəzifə verdi


14:47     13 Fevral 2018 18_02_13_1518504475.jpg

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Zaur FətizadəVergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi Monitorinqi Departamentinin direktoru təyin edilib.

Femida.az "Report”a istinadən xəbər verir ki, o, bir müddət öncə nazirin əmri ilə vəzifəsindən uzaqlaşdırılmışdı.

O, bundan öncə isə qısa müddətdə nazirliyin Milli Gəlirlər Departamentinin rəisi olub, ondan əvvəl isə hazırda təyinat aldığı departamentə rəhbərlik edib.

Femida.az

Açar sözlər: #FazilMəmmədov   #MikayılCabbarov   #nazir   #direktor  

Oxunub: 1214