Taekvondoçularımız 2 medal qazandı


16:06     13 Fevral 2018 2018/02/taekvando_1518509274.jpg

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatının ardından "Turkish Open" turnirinə start verilib.


Femida.az xəbər verir ki, sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb.

Turnirin ikinci günü dayanq üzərinə çıxan taekvondoçularımızdan ikisi medala yiyələnib. Klublararası Avropa çempionatında birinci olan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) bu dəfə gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

Femida.az

Açar sözlər: #Türkiyə   #İstanbul   #taekvondo  

Oxunub: 641