Saakaşvili Polşadan siyasi sığınacaq istəməyəcək
16:59 13 Fevral 2018
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşadan siyasi sığınacaq almaq üçün müraciət etməyəcək.
M. Saakaşvili bu barədə "News One" kanalına açıqlamasında deyib. O bildirib ki, Polşa Daxili İşlər Nazirliyi ondan siyasi sığınacaq almaq kimi bir niyyətinin olub-olmadığı soruşulub: “Mən onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”.
Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki “Suluquni" restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu.
Femida.az
Oxunub: 571
Oxşar xəbərlər
- Saakaşvilinin Gürcüstana qanunsuz getməsi ilə bağlı növbəti məhkəmə keçiriləcək
- Saakaşvilinin saxlandığı türmənin ərazisində yanğın başlayıb
- Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur
- Saakaşvili Gürcüstana qayıdır: “Həbsdən qorxmuram”
- Saakaşvili 24 saatlıq Gürcüstana buraxılmasını istəyir
- Saakaşvili Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib
- Saakaşvili Gürcüstana qayıdır
- Saakaşvili Ukraynaya qayıdıb
- Saakaşvili Ukraynaya qayıdır
- Saakaşvili Zelenskidən nəyi xahiş edib?