Alışanovu öldürmək istəyənlərdən xəbər var - İstintaq yekunlaşdı
17:08 13 Fevral 2018
"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Femida.az-ın məlumatına görə, həmin şəxslərin cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın vaxtlarda cinayət işi üzrə məhkəmə iclası başlayacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.
Femida.az
Oxunub: 874
Oxşar xəbərlər
- Arif Alışanovun polkovnik qardaşı vəfat etdi
- Vilayət Eyvazovdan yeni təyinatlar – Arif Alışanovun qardaşı işdən çıxarılıb
- Həyat yoldaşı Arif Alışanovla boşandı
- Alışanovun ən yaxın kadrı işdən çıxarıldı - AzTV-də “təmizləmə əməliyyatı”
- “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm” - Alışanov danışdı
- Arif Alışanov vəzifədən çıxarıldı - SƏRƏNCAM
- Alışanovu öldürməyə cəhd edənlər məhkəmədən bəraət istəyir
- Prokuror Alışanova sui-qəsdə təqsirləndirilən şəxslərə cəza istəyib
- Alışanovu öldürməyə cəhddə edənlər məhkəmə tərkibinə etiraz edib
- Alışanovu öldürmək istəyənlər bir-birini ittiham etdi