Azərbaycanda dini yazarlar hazırlanacaq


18:00     13 Fevral 2018 dini%20qur.jpg

"Yeni yaradılan İlahiyyat İnstitutunda dini yazarlarımız yetişdiriləcək. Onlar öz əsərlərində Azərbaycanın milli mənəvi dəyərlərini nəzərə alacaqlar".


Bunu Femida.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Komitə rəsmisi deyib ki, burada məqsəd gəncləri yad dini ideologiyalardan qorumaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycana İlahiyyat İnstitutu yaradılıb. İnstitutda təhsil pulsuz olacaq.

Femida.az

Açar sözlər: #İlahiyyat   #Azərbaycan  

Oxunub: 658