ABŞ səfiri Kürdəmirə səfər edib

15:08     13 Fevral 2018 robert_sekuta_01.jpg

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmir rayonuna səfər edib.


Femida.az-ın xəbərinə görə, səfir R. Sekuta və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 40 məcburi köçkün gənc üçün Karyera Gününün açılışını keçiriblər. Açılışda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Sonra səfir Kürdəmir Amerika Mərkəzinə gedərək Karyera Gününün gənc iştirakçıları ilə bir araya gəlib. R. Sekuta çıxışında azərbaycanlılara yeni imkanlar və güclü karyeralar qurmaqda göstərdikləri səylərin bir hissəsi kimi ABŞ-ın Azərbaycandakı məcburi köçkünlərə olan uzunmüddətli öhdəliklərini vurğulayıb. O, 1991-ci ildən ABŞ-ın Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərdiyini və bunun 125 milyon dollarının məcburi köçkünlərə ayrıldığını söyləyib.

Daha sonra səfirlik Kürdəmir Amerika Mərkəzinə texnoloji avadanlıqlar hədiyyə edib.

Femida.az

Açar sözlər: #Sekuta   #ABŞ   #Kürdəmir  

Oxunub: 248