"Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq" - Nazir DANIŞDI


20:08     13 Fevral 2018 11294_mikayil%20cabbarov.jpg

"Vergilər Nazirliyi vergi yoxlamalarının sayını azalda bilər".


Femida.az xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, yoxlamaların sayının azaldılması nəzarət sisteminin zəifləməsi demək deyil: "Müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün risklərin mövcudluğu aşkar olunarsa, şübhəsiz ki, vergi ödəyicisi ilə təmas qurulacaq və risklərin aradan qaldırılmasına çalışılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Məqsədimiz dövlət-sahibkar münasibətlərində qarşılıqlı etimadın artırılmasına nail olmaqdır".

Femida.az

Açar sözlər: #Vergilər   #Nazirliyi  

Oxunub: 806