Sərhəddən 1 kilo qızıl keçirtmək istədi
20:20 13 Fevral 2018
Bakı Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan Respublikasından "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşı Muhammet Charyyev gömrükdən qanunsuz yolla qızıl məmulatları keçirtmək istəyərkən saxlanılıb.
Femida.az-ın Dövlət Gömrük Xidmətinin saytına istinadən məlumatına görə, M. Charyyev nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycana gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında vətəndaş Charyyev Muhammet saxlanılaraq təkrarən gömrük postuna dəvət olunub və onun üzərində qızıl məmulatlarının olub-olmaması barədə sorğu-sual edilib. Keçirilən gömrük nəzarəti zamanı vətəndaş Charyyev Muhammet ümumi çəkisi 203 qram olan qızıl məmulatlarını gömrük nəzarətinə təqdim edərək bildirib ki, həmin qızıl məmulatları Türkmənistan vətəndaşı Moshyyeva Bıbıjemala məxsusdur və onun xahişi ilə digər üç nəfər qadın sərnişindən götürüb, sonradan isə həmin məmulatları onunla birgə "Bagtyyar" gəmisi ilə gələn və həmin qızıl məmulatlarının sahibi olan Moshyyeva Bıbıjemala təhvil verəcək.
Bundan sonra Türkmənistan Respublikasından "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşları Palıvanova Oguljennetin və Moshyyeva Bıbıjemalın üzərlərində şəxsi yoxlama aparılıb və əl çantalarına baxış keçirilib. Şəxsi yoxlama və əl çantasına baxış zamanı ümumi çəkisi 790 qram olan qızıl məmulatları aşkar olunub. Beləliklə, hər üç vətəndaşdan ümumilikdə, cəmi çəkisi 993 qram olan qızıl məmulatları aşkar edilib.
Femida.az
Oxunub: 553
Oxşar xəbərlər
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”
- MN: "Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır"
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib