Aktrisanın qardaşı bağ evində ölü tapıldı


20:38     13 Fevral 2018 meyit%20(2).jpg

İllərdir aralarında problem olduğu deyilən Sarah Cessika Parker ilə Kim Kattrall arasında yeni bir qalmaqalın əsası qoyulub.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sex and the City" serialında həmkar olan cütlükdən Kim Katrallın 55 yaşlı qardaşı bir neçə gün öncə bağ evindən ölü tapılıb.

Hadisədə sonra Sarah Cessika Parker instagram-da Kattralla başsağlığı verib. Ancaq məşhur aktyorun Parkerin mesajına cavabı xeyli sərt olub.

61 yaşlı Kattrall keçmiş film həmkarına hər kəsi şok edən bir cavab yazıb:

"Anam "Bu iki üzlü Sarah Cessika Parker səni nə zaman rahat buraxacaq?" deyə soruşdu. Mənimlə əlaqə yaratmağın, nə qədər amansız biri olduğunu mənə xatırladır. Bunu açıqlayım - Sən mənim rəfiqəm və ya ailə üzvüm deyilsən. Sənə son dəfə cavab yazıram. "Yaxşı qız" imicini artırmaq üçün bizim vəziyyətimizi dramatikləşdirməkdən əl çək."

Femida.az

Açar sözlər: #Meyit   #Aktrisa   #ev  

Oxunub: 760