Oğurluq etdi - Bir il sonra üstü açıldı


20:51     13 Fevral 2018 2018/02/polis_yeni_1518511611.jpg

Siyəzən rayonunda ötən il törədilən oğurluq faktının üstü açılıb.


DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

Siyəzən rayon sakini ötən ilin sentyabrın 17-də RPŞ-nə müraciət edərək, ona məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə ümumi dəyəri 870 Azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılıb. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb.

N. Hüseynov dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 707