Şəmkir sakini darvazanın altında qaldı


21:42     13 Fevral 2018 xestexana_01254.jpg

Şəmkir sakini ağır xəsarət alıb.


Hadisə rayonun Sərxan kəndində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Nəbiyev Zülfüqar Hətəm oğlu darvaza quraşdıran zaman dəmir qapı onun üzərinə aşıb. 50 yaşlı kişi ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Şəmkir   #Xəsarət  

Oxunub: 889