Bərdədə oğru iş başında yaxalandı
22:57 13 Fevral 2018
Bərdə rayon sakini Müşfiq Ələkbərov fevralın 12-də Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə zəng edərək ona məxsus evin həyətinə oğurluq niyyəti ilə naməlum şəxslərin daxil olduğu barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. Vaxt itirmədən əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində naməlum şəxs evə daxil olmaq istəyərkən saxlanılıb. Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev olduğu müəyyən edilib.
Polis şöbəsinə gətirilən İ. Babayevin üzərinə baxış zamanı 7.68 qram marixuana və kağız bükülüdə 0.35 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilib. Bu zaman onun evindən sellofan torbada çəkisi 560 qram olan marixuana və sellofan bükümdə çəkisi 1.58 qram olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Femida.az
Oxunub: 537
Oxşar xəbərlər
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Umayra Tağıyeva: "Həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək"
- Baş Qərargah: "İskəndər-M" raketləri Belarusdan Ukraynaya doğru yönəlib
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Zelenski: "Biz artıq qələbəmizə doğru gedirik"
- Yerə doğru təhlükəli asteroid Yerə uçacaq
- Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanılıb
- Ev sahibini boğub öldürən oğru tutulub
- İlham Əliyev: "Mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!"
- Daşkəsəndə mal-qara oğruları saxlanılıb