“İmtahana buraxılış vərəqə”lərinin çapına başlanılıb


21:50     13 Fevral 2018 dim%20tqdk.jpg

Fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlərin “İmtahana buraxılış vərəqəsi”nin çapına başlanılıb.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidir. Həmin sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq aşkarlanarsa, namizəd imtahana buraxılmayacaq.

Femida.az

Açar sözlər: #DİM   #İmtahan   #Buraxılış  

Oxunub: 508