Həcc ziyarətinin qiyməti niyə artıb? - Açıqlama
22:42 13 Fevral 2018
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar üçün qiymətin artırılmasının səbəbini açıqlayıb.
Femida.az xəbər verir ki, İdarənin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib ki, əsas səbəb Səudiyyə Ərəbistanında bəzi xərclərin, o cümlədən yanacağın qiymətinin artmasıdır: "Bunlar Həcc ziyarətinin qiymətinə təsirsiz ötüşməyib. Keçən il Həcc evləri tutulmuşdu, hansı ki, ora otel deyildi. Bu il isə 1000 nəfərlik otel götürülüb".
Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.
Femida.az
Oxunub: 855
Oxşar xəbərlər
- Səudiyyə Ərəbistanında Həcc ziyarəti adı ilə dələduzluğa görə 15 nəfər həbs edilib
- Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib
- Həcc ziyarətinə icazə verildi - BU ŞƏRTLƏ
- QMİ-dən Həcc ziyarəti açıqlaması
- COVID-19 peyvəndi olunmayanlar Həcc ziyarətinə gedə bilməyəcək
- Bu il üçün Həcc ziyarəti ləğv edildi
- Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər
- Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu ləğv edilməyib
- Mübariz Qurbanlı Həccə getmək istəyənlərə çağırış etd
- Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlərə güzəşt edildi