Cəbhədə GƏRGİNLİK - Düşmən pulemyotları susmadı
13:11 14 Fevral 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 655
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
- "Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub
- Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutub
- Cəbhəyanı ərazilərdə minalar, bombacıqlar aşkarlandı